Mitinq bazladı; 10-larla adam həbs olunub

img

17-04-2011 [04:39]


Saat 16.10 radıələrində aksiyaya start verildi. Bir qrup aksiyaçı "Azadlıq", "İstefa" şüarları səsləndirərək Sahil bağına doğru irəliləməyə başladılar. Polis şüar səsləndirən 10-a yaxın aksiyaçını saxlayıb. Müsavat Partiyası Səbail rayon təşkilatının şura üzvü Füzuli Cərullayev "Sahil" bağına yaxınlaşmaq istəyərkən polislər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. KXCP üzvləri Əhədov Ramiz, Tağıyev Fədai həbs edildilər. KXCP Mitinq Komitəsinin sədri Fikrət Cəfərov də həbs edilib. Polis bu əraziyə gəzməyə gəldiyini bildirən yaşlı qadın və 9-10 yaşlı uşağı həbs edib. Bir neçə nəfərin də həbs edildiyi bildirilir. Hüquq müdafiəçisi Elçin Behbudov hadisədən xəbər tutub və polis bölməsinə getməyə hazırlaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA