Həbslər bazladı: Elman Türkoğlunu qabırğasını sındırıblar

img

17-04-2011 [03:56]


Nizami kinoteatrının yanında Nəsimi rayon polisi 3 nəfəri saxlayıb, polis maşınına mindirib naməlum istiqamətə aparıb. Saxlananların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Baş bayraqdar Elman Türkoğlu 28 may metrosunda saxlanıldı və polislər tərəfindən qabırğası sındırılıb. Bitərəf gənclər Cavid Sumqayıtlı və Hacıbala Abdullayev də saxlanıldı. Dünən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli saxlanılıb. Ona 7 sutka həbs cəzası verilib. Müsavat Partiyası Sabirabad rayon təşkilatının sədri Azər İsmayıl dünəndən Sabirabad polis idarəsinə aparılıb. Hazırda həmin idarədə saxlanılan Azər bəy aclıq aksiyası keçirir. Dünən Suraxanı rayon təşkilatının fəalı Ələkbər Əliyev Suraxanı rayon 30-cu polis bölməsinə aparılıb. 2 saat orada saxlanıldıqdan sonra sərbəst buraxılıb. Dünən Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas, fəalları Oqtay Tahirov, Sərvər Bağırov, Yeganə Hacıyeva, Kamil Fərəcov, Xanım Mirzəbəyli, İsa Məmmədli, Vidadi Feyzi və KXCP üzvləri Məmmədyar Məmmədov, Ələddin Abdullayev, Gülağa Adıgözəlov polis idarəsinə aparılaraq mitinqdə iştirak etməməklə bağlı onlara xəbərdarlıq edilib. Bu gün Sumqayıt şəhər, Abşeron rayon təşkilatının şədrlərinin evi polislər tərəfindən mügasirəyə alınıb. Bu gün səhər saat 10 radələrində polislər və mülki geyimli şəxslər Sumqayıt şəhərində yaşayan aktiv müxalifətçi xanımların evlərini tam nəzarətə götürüb. Onların evdən çıxması və Bakıya gələrək dinc aksiyaya qoşulmalarının qarşısı bu yolla almağa cəhd edilir. Aprelin 15-də Qubadlı rayon Polis İdarəsindən zəng edilərək Müsavat Partiyası Qubadlı rayon təşkilatının sədri Valeh İbrahimov, ayın 16-da polis idarəsinə gəlməsi xahiş edilib. V.İbrahimov təklifi qəbul etsə də, Binəqədi rayon Polis İdarəsinin işçiləri ayın 16 saat 10-da onu evindən çıxarkən saxlayraq polis idarəsinə aparıblar. Qubadlı RPİ-nin rəisi tərəfindən xəbərdarlıq edilən Valeh bəy sərbəst buraxılıb. Bütün bunlara baxmayaraq, bu gün yenidən Qubadlı RPİ-nin polisləri V.İbrahimovun yaşadığı mənzilə gedərək, onun ailə üzvlərini qorxudaraq təhdid ediblər. V.İbrahimovun dinc aksiyada iştirak edəcəyi təqdirdə, ona qarşı ən sərt tədbirlər görüləcəyini bildiriblər. Bu gün səhər saat 10 radələrində Musavat Partiyası Nizami rayon təşkilatının fəalı Azad Əlili Keşlə qəsəbəsindəki mənzilindən çıxıb mağazaya gedərkən polislər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Qubadlı rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin 3 əməkdaşı Müsavat Partiyası Qubadlı rayon təşkilatının sədri Valeh İbrahimovun evinə gələrək onu polis idarəsinə aparacaqlarını bildiriblər. V.İbrahimov polislərin nəzarəti altındadır. Müsavat Partiyası Abşeron r/n təşkilatının sədri Zahir Feyzullayevin yaşadığı ev polis mühasirəsindədir. Z.Feyzullayevin evdən çıxmasına imkan verilmir. Müsavat Partiyası Səbail rayon təşkilatının şura üzvü Füzuli Cərullayev "Sahil" bağına yaxınlaşmaq istəyərkən polislər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vidadi Feyzi ?Sahil? bağına gedərkən polislər tərəfindən həbs olunaraq naməlum istiqamətə aparılıb. Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Hüseyn Məlik həbs olunub. Onunla birlikdə polis maşınında adını dəqiqləşdirə bilmədiyimiz 2 nəfər mitinq iştirakçısı da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA