AXCP sədrini 8 saatdan sonra buraxdılar

img

16-04-2011 [08:13]


İctimai Palatanın liderlərindən olan AXCP sədri Əli Kərimlinin Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindirilmə prosesi bitib. AXCP sədrinin sorğu-sualı 8 saatdan çox çəkdi. Belə ki, bu gün saat 11:20-də ifadə vermək üçün idarəyə gələn müxalifət lideri oranı 19:30-da tərk edib. Xatırladaq ki, AXCP sədrinə Fazil Həsənəliyevin imzası ilə aprelin 16-da saat 11-də Bakı Şəhər Baş Polis İdarəsinə gəlib şahid qismində ifadə verməsi ilə bağlı məktub göndərilmişdi. Əli Kərimli idarənin qarşısında onu gözəyən jurnalistlər "müstəntiqlərin suallrı əsasən 2 aprel mitinqi ilə bağlı idi. Mən də bütün sualları cavablandırdım". Əli Kərimli BŞBPİ-ni ?Azadlıq? qəzetinin baş redaktoru və mühafizəçiləri birlikdə tərk edib(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA