Azərbaycanlı əsir ailəsinə məktub yazıb

img

16-04-2011 [05:48]


Artıq 8 aydır erməni əsirliyində saxlanılan Azərbaycan Ordusunun çavuşu Roman Hüseynov ailəsinə növbəti məktub yazıb. ANSTV-nin məlumatına görə, faks vasitəsilə göndərilən məktub ötən gün saat 18:30 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi tərəfindən əsirin anası Natəvan Babayevaya verilib. Roman məktubda yaxşı olduğunu yazıb, qohumlarına "salam" göndərib. Məktubda əsirin qaytarılması ilə bağlı heç bir məlumat yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları da Romanın yaxınlarına bununla bağlı heç bir məlumat verməyiblər. Əsirin anası deyir ki, Roman bir neçə ay əvvəl sinir sisteminin pozulduğu barədə məlumat vermişdisə, indi yaxşı olduğunu yazıb. BQXK əməkdaşları da onun səhhətinin yaxşı olduğunu deyiblər. Qeyd edək ki, bu, əsirin ailəsinə sayca 8-ci məktubudur. Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Roman Hüseynovu 2010-cu il avqustun 27-də əsir götürüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA