Şeyx Həcc danızıqlarına gedir

img

16-04-2011 [10:45]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Səudiyyə Ərəbistanına yola düşür. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər aprelin 23-dək davam edəcək. Səfər zamanı A.Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Həcc Missiyası olaraq Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə növbəti Həcc mövsümü ilə bağlı danışıqlar aparacaq. Krallığın Məkkə, Ciddə və Mədinə şəhərlərində yerləşən müvafiq qurumları ilə görüşlər zamanı Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı bütün məsələlər müzakirə olunacaq. Müzakirələrin nəticəsi olaraq QMİ ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol və müqavilələr imzalanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA