Yazar Əliyev müxalifəti xəbərdar etdi

img

15-04-2011 [06:48]


İctimai Palatanın nəzdində yaradılan mitinq komitəsinin üzvləri Bakı Şəhər Polis İdarəsində general Yaşar Əliyev, Bakı şəhəri prokurorunun müavini Qənimət Səfərov və Polisə Nəzarət idarəsinin rəisi Pənah Abbasovla görüşüb. Görüş zamanı Yaşar Əliyev ?Sahil? bağında 17 aprel aksiyasının keçirilməsinə imkan verməyəcəklərini bildirib. General İctimai Palataya Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı stadiona getməyi tövsiyə edib. Mitinq komitəsinin üvləri isə baş verəcək bütün hadisələrə görə iqtidarın məsuliyyət daşıdığını bildiriblər. Qeyd edək ki, mitinq komitəsinə AXCP-dən Asəf Quliyev, Müsavatdan Hüseyn Məlikov, AMİP-dən Əli Orucov və KXCP-dən Fikrət Cəfərov daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA