Nazirlər Kabineti gümüz və qızıl medallarla bağlı qərar verib

img

15-04-2011 [05:12]


Nazirlər Kabineti ??Təhsildə xüsusi nailiyyətlərə görə? qızıl və gümüş medalların təsviri?nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən medalın ön tərəfində ölkəmizin gerbi, arxa tərəfində isə çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində ?Təhsildə xüsusi nailiyyətlərə görə? sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır. Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunur. Medallar bürünc metaldan hazırlanır. Qızıl medalın səthinə qızıl, gümüş medalın səthinə gümüş suyu çəkilir. Medallar qırmızı rəngli plastik qutulara qablaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA