Şeyx Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

img

15-04-2011 [04:06]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 15-də Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan və Gürcüstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin davam və inkişaf etməsində Paşazadənin böyük xidmətləri olduğunu vurğulayan səfir, QMİ sədri və Ümumgürcüstan Patriarxı II İliyanın uzun onilliklər davam edən dostluq və əməkdaşlığının bu işə böyük əməli töhfələr verdiyindən söhbət açıb. Səfir əmin olduğunu bildirib ki, Qafqazın müdrik dini liderlərinin əməkdaşlığı dinlərarası dialoq işinə bundan sonra da yeni və dəyərli töhfələr verəcək. Səfir bildirib ki, Gürcüstan və Azərbaycan dövlətləri burada yaşayan azərbaycanlı və gürcülərin ölkə həyatına fəal inteqrasiyası yönündə əhəmiyyətli və məqsədyönlü iş aparırlar. Paşazadə bundan sonra da Qafqazda milli və dini müstəvidə sülh və əmin-amanlığın hökm sürməsi üçün Patriarx II İliya ilə birğə əllərindən gələni edəcəklərini diqqətə çatdırıb. Görüşün sonunda Şeyxülislam Paşazadə səfirə xatirə hədiyyəsi təqdim edib. Səfir isə öz növbəsində Şeyxülislama Şota Rustavelinin Azərbaycan dilində nəşr olunmuş nəfis kitabını hədiyyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA