?VƏTƏNi TANI? ümumrespublika Kampaniyası bazladı

img

15-04-2011 [01:47]


?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyasına rəsmi start verildi. 132-134 nömrəli tədris kompleksində baş tutan tədbirdə ilk olaraq çıxış edən Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi və eyni zamanda kampaniyanın rəhbəri və müəllifi Orxan Ərəbov bildirib ki, ?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası 14-18 yaşlı gənclər arası bütün respublika üzrə rayon və şəhərlərdə 85 (Qeyd: 74 inzibati ərazi vahidinə əlavə olaraq Bakının 11 rayonu) auditoriyanı ( hər bir auditoriyada minimum 150 nəfər iştirakçı olmaqla) əhatə edəcəkdir. Bakının rayonlarındakı seçim turlarının hər birində isə 300 nəfər gənc olacaqdır. Kampaniya üçün xüsusi ekspertlər tərəfindən hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin (inzibati ərazi vahidlərinə bölünməklə) xüsusi elektron proqram və material keçməcə variantları istehsal edilmişdir. 74 regional turlarında keçiriləcək hər bir rayondan 2 nəfər təmsilçi seçiləcəkdir. Həmçinin paytaxt Bakının 11 rayonu arasından 2 nəfər Bakı təmsilçisi seçiləcəkdir. Təmsilçilərin biri elektron digəri isə material keçməcə variantları üzrə Bakıda keçiriləcək Final mərhələsində iştirak edəcəkdir. Kampaniyanın məqsədi ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun , çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır. Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Elmar Qasımov, Rabitə və İnformasiya nazirinin müavini Elmir Vəlizadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çıxış edərək Kompaniyanın əhəmiyyətindən bəhs ediblər. Bildirib ki, Milli Şuranın təşəbbüsü ilə həyata keçirilən bu tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması, vətənimizin bütövlüyü və gənclərimizin milli ruhda böyüməsinə çox güclü təkan verəcəkdir. Milli Şuranın sədri, millət vəkili Fuad Muradov isə kampaniyaya dəstək verən bütün təşkilatlara öz təşəkkürünü bildirib. Qeyd edib ki, burada əsas məqsədlərdən biri də Azərbaycanın ərazi bütövlüyü məsələsidir. F. Muradov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı ?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramı haqqında sərəncam dövlətin bu sahəyə olan diqqətinin növbəti təzahürü olmaqla, bu sahəyə qayğını bir daha təsdiqlədi və sözügedən kampaniya da buna dəstək olacaqdır. Qeyd edək ki, kampaniyada interraktivlik , innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilmişdir. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının sayı ölkə üzrə 12.000 (on iki min) gəncdən çox olacaqdır. ?Vətəni tanı? ümumrespublika kompaniyası çərçivəsində Kütləvi İnformasiya vasitəli üçün də bir sıra layihələr nəzərdə tutulub. Məqsəd kompaniya haqqında məlumatların KİV ?də geniş işıqlandırılmasına nail olmaqdır. Odur ki, jurnalistlər üçün müsabiqə elan olunub. Müsabiqə çərçivəsində layihə haqqında ən geniş və dolğun informasiya verən jurnalist Təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq. Həmin jurnalistlər xüsusi akkreditasiya kartı ilə təmin ediləcək. Məhz bu kartın vasitəsi ilə onlar kompaniya çərçivəsində keçirilən müsabiqədə iştirak etmək imkanı qazanacaqlar. Demək olar ki, Azərbaycanda mövcud olan bütün gündəlik və bəzi həftəlik qəzetlər, bütün internet xəbər portalları (azərbaycan, rus, ingilis dilli), bütün informasiya agentlikləri, radiolar və televiziyalar bu kampaniyaya cəlb edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA