Fazil Məmmədov: "Vergi dərəcələrinin dəyizdirilməsi gözlənilmir?

img

14-04-2011 [02:07]


Bu gün Avropa Komissiyası ilə birlikdə həyata keçiriləcək ?Azərbaycan Vergilər Nazirliyinə elektron audit sisteminin yaradılması sahəsində dəstəyin göstərilməsi? tvininq layihəsininin təqdiimat mərasimi keçirilib. Tədbirdə çıxış edən vergilər naziri Fazil Məmmədov layihənin Azərbaycanda vergi auditi sahəsində beynəlxalq standartlara uyğun inzibatçılığı həyata keçirməyə imkan verəcəyini bildirib. ?Layihənin həyata keçirilməsi elektron auditi tətbiq etməyə, müəssisələrdə mühasibat uçotunu elektron şəkildə aparmağa, böyük və orta müəssisələrdə auditin aparılmasında analitik, texnoloji, metodiki yanaşmanı təkmilləşdirməyə imkan verəcək?, - nazir bildirib. Onun sözlərinə görə, elektron audit vergilərdən yayınma ilə mübarizədə də vacib rol oynayacaq: "Bu vergi yoxlamalarının aparılması prosesində vaxta və insan resurslarına qənaət etməyə də kömək edəcək. Layihənin həyata keçirilməsi Azərbaycana MDB-də ən müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcək?. Avrop İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia isə bildirib ki, layihə iki il üçün nəzərdə tutulub və Niderland Vergilər Administrasiyası ilə birlikdə həyata keçiriləcək. Qeyd edək ki, layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir, müqavilənin dəyəri bir milyon avrodur. Bu layihəyə 6 komponent daxildir: elektron auditin tətbiqi üçün lazım olan hüquqi bazanın hazırlanması, lazımi proqram təminatının seçilməsi, elektron audit üçün məlumat bazasının yaradılması, metodologiyanın hazırlanması və auditorlar üçün terninqlərin keçirilməsi, orta və iri sahibkarlar tərəfindən tətbiq edilən elektron mühasibatın tətbiqi təcrübəsinin inkişafı, Azərbaycanda elektron audit sisteminin tətbiqi. Hər bir komponent beynəlxalq ekspertlər cəlb edilməklə həyata keçiriləcək. Azərbaycanın Vergilər Məcəlləsinə gözlənilən dəyişikliklər çərçivəsində vergi dərəcələrinin dəyişdirilməsi gözlənilmir deyən nazirin sözlərinə görə, vergi dərəcələrinin dəyişdirilməsinə ehtiyac da yoxdur: ?Digər Şərqi Avropa ölkələrinə baxanda, bizdə vergi dərəcələri çox optimaldır. Vergilərin sayı da azdır və sadələşdirilib. Ona görə də bu il vergi dərəcələrinə baxılmasına ehtiyac yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA