Səlim Müslümov: "Bu il 4,2 mln. manat vəsait xərclənib"

img

13-04-2011 [12:59]


Bu ilin birinci rübündə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 466 mln. manat olub. Bunu DSMF-nin sədri Səlim Müslümov bildirib. İlk üç ayda pensiya və müavinətlərin maliyyələşdirilməsinə Fond tərəfindən 457 mln. manat xərclənib ki, bu da əvvəlki ilin I rübünə nisbətən 46 mln. manat və ya 11,2% çoxdur. Bu məbləğin 97%-i və ya 444 mln. manatı bilavasitə pensiyaların, 13 mln. manatı isə müavinətlərin ödənişinə sərf olunub. Hazırda əhaliyə aylıq ödənişlərin məbləği təqribən 200 mln. ABŞ dolları təşkil edir. Bu ilin əvvəlində 620 min nəfər pensiyaçının pensiyasının sığorta hissəsinin 5,7% indeksləşdirilərək artırılmasına rüb ərzində 4,2 mln. manat vəsait xərclənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA