Aydın Əliyev prezidentə hesabat verdi

img

13-04-2011 [12:01]


Cari ilin yanvar-mart aylarında Azərbaycanın gömrük orqanları tərəfindən qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı aparılan mübarizə nəticəsində 4665 hüquqpozma faktı aşkar edilib ki, bu faktların 60-ı cinayət xarakterli olub. Bu barədə Nazirlər Kabinetinin prezidentin iştirakı ilə keçirilən iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib. A.Əliyevin sözlərinə görə, görülən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 33 fakt aşkar edilib, həmin faktlar üzrə 40,7 kiloqram narkotik, o cümlədən 5,6 kiloqram heroin, 1,2 kiloqram tiryək, 29,3 kiloqram həşiş və digər narkotik vasitələr tutulub: ?Cari ilin üç ayı ərzində aşkar olunan 4605 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 118 hüquqi və 4487 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Bu faktlar üzrə qeyd olunan şəxslərə 254 min manat cərimə tətbiq edilib. Hesabat dövründə gömrük orqanlarında aparılan idxal-ixrac əməliyyatlarına mərkəzləşmiş qaydada nəzarətin həyata keçirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində əməliyyat mərkəzi yaradılıb, sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinə videomüşahidə sistemi və nəqliyyat vasitələrinin ölkəyə daxilində hərəkətin izlənməsinə imkan verən izləmə sistemi istismara verilib, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarə sistemi və yeni servis mərkəzi yaradılıb?. Komitə sədrinin sözlərinə görə, ölkəyə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrini və ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələrini göstərməklə həm adlar, həm də kodlar üzrə axtarışın həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin ödənilməsinə imkan verən elektron avadanlıqlar sifariş edilib və tez bir zamanda sərhəd buraxılış məntəqələrində yerləşdiriləcək. Eyni zamanda, idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, uçota alınması, nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanının verilməsi və digər prosedurları ?bir pəncərə? prinsipi əsasında sadələşdirilməsi məqsədilə müvafiq icra orqanları ilə birgə vahid mexanizmin işlənib hazırlanması istiqamətində aidiyyəti tədbirlər görülür 3 ay müddətində icrası təmin olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA