Bakıya palçıqlı yağız yağır

img

13-04-2011 [11:50]


Bu gün səhər paytaxt sakinləri şəhərdə qəribə mənzərə ilə üzləşdi. Bakının səması alışmadığımız sarı rəngdə idi. Üstəlik, diqqətlə baxdıqda göydəki toz buludlarını müşahidə etmək mümkündür. Qeyd edək ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində iclas keçirildiyindən məsələ ilə bağlı aidiyyatı şəxslərdən məlumat ala bilmədik. Xatırladaq ki, bir müddət əvvəl Bakıya palçıqlı yağış yağmışdı. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq, havada olan tozun miqdarının normadan 1,5-2,5 dəfə çox olduğunu bildirmişdi. Nazirliyin mütəxəssislərinin fikirlərinə görə, buna əsas səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosferin yer səthinə yaxın olan qatlar üzrə hava cərəyanlarının bərqərar olunmuş cənub, cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatıb. Məlumatda bildirilirdi ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda yeni tətbiq olunmuş EUMETSAT peyk sistemi vasitəsi ilə bu hadisə hər 15 dəqiqədən bir yeniləşən peyk görüntüləri ilə izlənilir(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA