Azay Quliyev Şuranın iclasını keçirdi, yeni müsabiqə elan olunacaq

img

12-04-2011 [07:36]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclası Şura sədri Azay Quliyev açaraq, gündəlikdə Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunlarının, sərbəst vəsaitin xərclənməsinin və cari məsələlərin müzakirə ediləcəyini bildirib. Bu barədə MİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib. Şuranın 2011-ci ilin birinci rübündəki fəaliyyətinin yekunları haqqında katibliyin icraçı direktoru F.Qurbanovun məruzəsi dinlənilib. Qeyd edilib ki, rüb ərzində Şura QHT-lərə məlumat, konsultativ, metodiki, təşkilati-texniki və maliyyə yardımı dəstəyi verməkdə davam edib, ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə yeni töhfələr verib. Sərbəst vəsaitin xərclənməsi müzakirələrində Şuraya daxil olmuş layihə təkliflərinə baxılıb və onların hər biri haqqında konkret qərarlar qəbul edilib. Həmçinin, yeni maliyyə yardımı müsabiqəsinin elan olunması barədə müzakirələr aparılıb. Cari məsələlərin müzakirəsində isə QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi illik hesabatların vəziyyətilə bağlı qeyd edilib ki, gələcəkdə hesabat formalarının sadələşdirilməsi, hesabat məbləğlərinin diferensiallaşdırılması, eləcə də elektron hesabatvermə prosedurlarının asanlaşdırılması üçün xüsusi kompyuter proqramının yaradılması üçün təkliflər hazırlansın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA