Telefon danızıqları üçün vaxt hesabı ödəniz sistemi tətbiq edilir

img

12-04-2011 [06:38]


Telefon danışıqları üçün vaxt hesabı ödəniş sistemi tətbiq edilir. Bu sistem ümumi istifadəli telefon şəbəkəsinin elektronlaşdırılması üzrə işlər başa çatdıqdan sonra həyata keçiriləcəkdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildirilir ki, regionlarda telefon rabitəsinin elektonlaşdırılması artıq başa çatdırılıb. Paytaxtın bəzi analoq ATS-lərində elektonlaşdırma işləri tamamlanır. İş tam başa çatdıqdan sonra respublikanın bütün telefon şəbəkəsi rəqəmsallaşdırılacaq. Hazırda 494/495 nömrəli ATS-lər elektronlaşdırılır. Aprelin sonunadək 438/439 nömrəli ATS-lərdə də işlər tamamlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA