4 tibb izçisi vəzifəsindən azad olunub, 36 nəfərə töhmət, 26 nəfərə xəbərdarlıq edilib

img

12-04-2011 [02:12]


Səhiyyə Nazirliyinin ?qaynar xətt? xidmətinə (565 12 64) 23 fevral 2011-ci il tarixindən 5 aprel 2011-ci il tarixinədək 1899 müraciət daxil olub. Daxil olmuş bütün müraciətlər əsasında araşdırmalar aparılmış və onların nəticələri təhlil edilib. MİA-nın xəbərinə görə, ?Qaynar xətt? xidmətinə daxil olmuş müraciətlərin 590-ı şikayət xarakterli müraciətlərdi, 629-u ? sorğu xarakterli, 470-i əsassız müraciətlər, 210-u isə aidiyyəti üzrə deyil. Şikayət xarakterli müraciətlər əsasən dərman təminatı, hospitalizasiya, müayinə və müalicə məsələləri ilə bağlıdır. Xüsusi araşdırma tələb etməyən müxtəlif xarakterli cari məsələlər Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin əməkdaşları, nazirliyin tibb müəssisələrinə təhkim olunmuş nümayəndələri və tibb müəssisələrinin rəhbərləri tərəfindən operativ olaraq yerindəcə həll edilmiş və müvafiq tədbirlər görülmüşdür, tibbi yardımla bağlı bütün müraciətlər xüsusi ciddiliklə araşdırılıb. Ümumiyyətlə, aparılan araşdırmaların nəticələrinə əsasən xəstələrə tibbi yardımın təşkilində və göstərilməsində yol verdikləri nöqsanlara, şikayətlərin yaranması üçün zəmin yaratdıqlarına, xəstələr və onların yaxınları ilə rəftar zamanı etik normaları pozduqlarına görə tibb işçiləri barədə inzibati tənbeh tədbirləri görülmüşdür. Belə ki, 4 nəfər tutduğu vəzifədən azad edilmiş, 16 nəfərə şiddətli töhmət, 20 nəfərə töhmət elan edilmiş, 26 nəfərə isə yazılı və şifahi xəbərdarlıq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA