Sabah fasilələrlə yağız yağacaq

img

12-04-2011 [01:23]


Azərbaycan ərazisində sabah fasilələrlə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 11-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, bəzi yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA