Arif Hacılı ilə Tural Abbaslının zikayəti təmin olunmadı

img

11-04-2011 [02:14]


Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının apellyasiya şikayətini təmin etməyib. Vəkil Əsabəli Mustafayev deyib ki, işə hakim Həsən Əhmədov baxıb. 2 aprel mitinqinə görə şübhəli şəxs qismində tutulan Arif Hacılı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur. Aprelin 4-də Səbail Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Arif Hacılı aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə gətirilib. Əsabəli Mustafayevin sözlərinə görə, proses zamanı onların yalnız bir vəsatəti təmin olunub: ?Bizim uzun sürən mübahisəmizdən sonra Arif Hacılının barmaqlıqlar arasından çıxarıb öz yanımızda otuzdura bildik?. Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının apellyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb. Aprelin 4-də Səbail Rayon Məhkəməsi İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqdə tutulan Tural Abbaslı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsinə qərar verib. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) günahlandırılır. Vəkil Anar Qasımovun verdiyi xəbərə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı iştirak etməyib, Tural Abbaslı prosesə gətirilməyib. Anar Qasımov Tural Abbaslının 2 aprel mitinqinin təşkilatçı yox, iştirakçısı olduğunu deyib: ?Çıxışda qeyd etdim ki, necə ola bilər eyni maddə ilə ittiham olunan şəxslərdən biri polis nəzarətinə verilir, o biriləri haqqında isə həbs qətimkan tədbiri seçilir. Lakin hakim bütün dəlillərimizi nəzərə almayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı?. (mediaforum)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA