DSMF-nın telefon məlumat xidmətinə 34 164 müraciət daxil olub

img

11-04-2011 [12:46]


Bu ilin birinci rübü ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun müasir tipli ?190? nömrəli telefon məlumat xidmətinə (?Call-center?) əhali tərəfindən 34 164 müraciət daxil olub. Fondun ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, sorğu və müraciətlərin 82,2%-i canlı rejimdə məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 17,8%-i isə qeyri-iş günlərinə təsadüf etdiyi üçün suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib. Məlumat xidmətinə canlı rejimdə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Müraciətlərin 53,4%-i bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 19,3%-ni məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 27,3%-i isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub. Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA