Baz Prokurorluq və DiN ?Azərbaycan Dəmir Yolları? QSC-nin məsul əməkdazının qətlə ilə bağlı birgə məlumat yayıb

img

09-04-2011 [06:35]


Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi ?Azərbaycan Dəmir Yolları? QSC-nin qətlə yetirilən məsul əməkdaşı ilə bağlı birgə məlumat yayıb. Açıqlamada bildirilib ki, aprelin 2-də Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə paytaxt sakini Reyhan İsgəndərlinin evdən çıxaraq naməlum istiqamətə getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olub. İlkin araşdırmalarla R.İsgəndərlinin qətlə yetirilməsinə dəlalət edən kifayət qədər əsaslar müəyyən edildiyindən Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də R.İsgəndərlinin keçmiş həyat yoldaşının qohumu Gəncə Cəfərov və sonuncunun evində təmir işləri aparmış İlqar Ağayev şübhəli şəxs qismində saxlanılıb. Onlar ifadələrində aprelin 1-də G.Cəfərovun evində olarkən aralarında baş vermiş mübahisə zəminində R.İsgəndərlini qətlə yetirdiklərini, meyitini avtomobillə Xızı rayonuna aparıb Altıağac qəsəbəsinə gedən yolun kənarındakı ərazidə basdırdıqlarını etiraf ediblər. Meyit göstərilən yerdən çıxarılaraq müayinə edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilib. Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA