?Azərbaycan Dəmir Yolları?nın zöbə rəisi qətlə yetirilib

img

09-04-2011 [12:28]


Bakıda 8 gün əvvəl itkin düşən ?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətinin kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Reyhan İsgəndərovanın meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin və Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində mümkün olub. Müəyyən edilib ki, aprelin 1-də itkin düşmüş kimi qeydə alınan Reyhan İsgəndərli Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan Gəncə Cəfərov və İlqar İbrahimov tərəfindən qətlə yetirilib. Onlar meyiti Xızı rayonunun Altıağac qəsəbəsində basdırıblar. Hadisədə şübhəli bilinənlər G.Cəfərov və İ.İbrahimov yaxalanıb. Faktla bağlı cinayət işi başlanılıb araşdırma aparılır. Reyhan İsgəndərli 2 uşaq anasıdır. O, aprelin 1-də axşam saatlarında özünə məxsus avtomobillə evə gəlib. Bir neçə saatdan sonra isə qadın avtomobili həyətdə qoyaraq evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailə üzvlər hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət ediblər. R.İsgəndərovanın itkin düşməsi ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi cinayət işi başlanılıb. R.İsgəndərova rəsmən ailəli olsa da, həyat yoldaşından ayrı yaşayır və kifayət qədər ciddi qadın kimi tanınırmış.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA