Prezident ilham Əliyev əhalinin içməli su və kanalizasiya borclarını ləğv etdi

img

08-04-2011 [09:00]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev halinin içməli sudan istifadəyə görə borclarının silinməsi barədə fərman imzalayıb. Ölkə başçısının imzaladığı fərman əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi daşıyır. Fərmanda bildirilib: 1. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin. 2. ?Azərsu? Açıq Səhmdar Cəmiyyəti: 2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərsin; 2.2. istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görsün. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. bu Fərmanın 1-ci hissəsinə əsasən əhalinin borclarının silinməsi ilə bağlı ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görsün; 3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Qeyd edək ki, prezidentin tapşırığı ilə Nazirlər Kabineti xeyli vaxt idi əhalinin supulu borcları ilə bağlı məsələləri araşdırırdı. Bu addım borclarların silinməsi istiqamətində artıq ikinci təcrübədir. Belə ki, bundan öncə prezidentin sərəncamı ilə mavi qaza görə borcların silinməsi yönündə qərar qəbul edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA