Avropa ittifaqından Azərbaycan iqtidarına sərt təpki

img

08-04-2011 [04:58]


Avropa Birliyi Azərbaycanda fundamental azadlıqlardan vətəndaşların istifadə etməsində problemlərdən narahatlığının davam etdiyini bildirir. Təşkilatın yaydığı bəyanatda Bakıda gənc fəalların həbsinə dair 17 mart tarixli bəyanatını xatırladaraq yazır: ?Avropa İttifaqı narahatlıqla qeyd edir ki, Bakıda aprelin 2-də keçirilmiş dinc nümayiş sistematik olaraq dağıdılmış, çox sayda iştirakçılar saxlanıb və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəza alıblar. Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınıb, dörd journalist müvəqqəti həbs olunub. Bundan əlavə, müxalifət partiyasının üzvləri nümayiş başlamazdan əvvəl həbs olunmuş və ya ev həbsində saxlanıblar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularına görə ittiham ediliblər. Biz Azərbaycanın hakimiyyət qurumlarını bütün əlaqədar şəxsləri dərhal azad etməyə çağırırıq?. Bundan başqa, Avropa İttifaqı Azərbaycanı jurnalistlərin öz peşələri ilə sərbəst məşğul olmaq hüquqlarına zəmanət verməyə və onların öz işlərini təhlükəsiz şəraitdə görmələri üçün zəruri şərait yaratmağa çağırır: ?Bu kontekstdə ?Azadlıq? qəzetinin müxbirləri Seymur Həziyev və Ramin Dekonun qəddarlıqla döyülməsindən narahatıq. Biz birinci hadisəyə dair ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin bəyanatını dəstəkləyirik, və Azərbaycanın hakimiyyət qurumlarını bu halları açıq şəkildə ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırırıq?. Sənəddə daha sonra qeyd edilir ki, bu hadisələr sərbəst toplaşma azadlığı, ifadə azadlığı və media azadlığı sahələrində Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinə ziddir. Ona görə ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı onun hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatını xatırladaraq Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırlar. Bəyanatda bildirilir ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqının müəyyən etdiyi dəyərləri rəhbər tutaraq Avropa İttifaqı Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır. Yekunda, Avropa İttifaqı Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan hökumətini Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA