Bağırov da "təmizləmə" əməliyyatına bazladı

img

07-04-2011 [04:06]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Şəki Regional Hidrometeorologiya Müəssisəsində (RHM) aparılmış araşdırma zamanı bir sıra nöqsanlar aşkar edilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Araşdırma nəticəsində müəyyən olunub ki, müəssisənin direktoru Akif Abbasov son illəri ərzində müvafiq ixtisaslı gənc kadr potensialından istifadə etməyib, mütəxəssislərə ehtiyac olduğu halda təcrübəsiz, müəssisənin fəaliyyət profilindən xəbərsiz olan şəxsləri işə cəlb edib. Həmçinin, bu işçilərin əksəriyyətinin müəssisənin direktoru ilə qohumluq əlaqəsində olduğu da məlum olub. Şəki RHM-nin tabeliyindəki Qəbələ və Oğuz Hidrometeoroloji stansiyalarının fəaliyyətində də çatışmazlıqlar müəyyən edilib. Ekologiya və Təbii Sərvətlər Nazirinin müvafiq əmri ilə Şəki Regional Hidrometeorologiya Müəssisəsinin direktoru A.Abbasov, bir sıra hidrometeoroloji stansiya və məntəqə rəhbərləri tutduqları vəzifədən azad edilib, mövcud nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA