Rövnəq Abdullayev ?Azneft?ə yeni baz direktor təyin edib

img

07-04-2011 [02:58]


Bu gün ?Azneft? İstehsalat Birliyində ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə Birlik rəhbərliyinin toplantısı keçirilib. ARDNŞ-dən verilən məlumata görə, Rövnəq Abdullayev ?Azneft?in baş direktoru Səbuhi Əhmədovun öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunduğunu və Daşqın İskəndərovun ?Azneft? İstehsalat Birliyinə yeni baş direktor təyin edildiyini bildirib. Rövnəq Abdullayev Daşqın İskəndərovun əmək fəaliyyətindən danışıb, onun bacarıqlı kadr olduğunu söyləyib. ARDNŞ prezidenti ?Azneft?in yeni baş direktorunu təbrik edərək ona yeni vəzifədə uğurlar arzulayıb. Qeyd edək ki, Daşqın İskəndərov 1991-ci ildən ?28 may? NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-cu ilədək orada operator, mühəndis, ?Neftin və qazın ilkin hazırlanması və nəqli? sexinin rəisi, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində texnik, istehsalat üzrə supervayzer işləyib. 2007-2010-cu illərdə o, ?28 may? NQÇİ-nin rəisinin I müavini, daha sonra isə rəisi vəzifəsinə irəli çəkilib. 2010-cu ildən Daşqın İskəndərov ?Azneft?də baş direktorun birinci müavini vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA