ADU-da Şəffaf Təhsil Şəbəkəsi layihəsinin təqdimatı keçirilib

img

06-04-2011 [03:54]


Aprelin 6-da universitetdə Şəffaf Təhsil Şəbəkəsi layihəsinin təqdimatı keçirilib. Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığmız məlumata görə, universitetlər içərisində Şəffaf Təhsil Şəbəkəsi layihəsinin təqdimatının ilk olaraq ADU-da keçirildiyini deyən Yuva Humanitar Mərkəzinin layihələr koordinatoru Toğrul Ələkbərov layihə haqqında tələbələrə məlumat verdi. Şəffaf Təhsil Şəbəkəsi layihəsinin Azərbaycanda 2008-ci ildən həyata keçirildiyinə toxunan layihə koordinatoru bildirdi ki, proqramın artıq ikinci fazasına start verilib. Layihənin həyata keçirilməsi zərurətindən danışan T. Ələkbərov 2 əsas prinsip üzrə fəaliyyət göstərdiklərini vurğuladı. O, layihənin keçirilməsində əsas məqsədin təhsildə şəffaflığın təbliğ edilməsi, təhsildə baş verən korruptiv hallara qarşı gənclərin şəbəkələləşməsi və bu mövzuda maarlifləndirilməsindən ibarət olduğunu tələbələrin diqqətinə çatdırdı. Ali təhsil ocaqlarında davranış kodeksininin yaradılmasının vacibliyini bildirən layihələr koordinatoru kodeksin təhsildə mövcud olan problemlərin aradan qaldırılmasına yardımçı olacağını qeyd etdi. Davranış kodeksində maraqlı tərəflərini hüquq və vəzifələrinin əks olunacağından danışan T. Ələkbərov vurğuladı ki, kodeks tələbələr, müəllimlər və universitet rəhbərliyi arasında səmimi və qarşılıqlı ünsiyyətin yaradılmasına xidmət edir. O, qeyd etdi ki, kodeks tədris müəssisəsinin bütün maraqlı tərəflərinin iştirakı ilə hazırlanacaq və onun tətbiqi məsuliyyət yaradacaq. Sonra tədbir sual-cavab şəraitində davam etdi. Qeyd edək ki, Toğrul Ələkbərovun sözlərinə görə, layihənin təqdimatı Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Texniki Universitetində (ATU) və Bakı Dövlət Universitetində (BDU) də keçiriləcək. Xatırladaq ki, Şəffaf Təhsil Şəbəkəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilir və özündə 4 ölkəni cəmləşdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA