Azərbaycan qazını Yunanıstana ARDNŞ ixrac edəcək

img

06-04-2011 [03:16]


Artıq Azərbaycanın təbii qazını Yunanıstana Dövlət Neft Şirkəti (ARDNŞ) ixrac edəcək. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qazının satışı ilə bağlı Avropanın bir çox ölkələrilə danışıqlar aparılır və bu ölkələrə qazı Azərbaycan özü vasitəçisiz satacaq. ?Bu məsələlərlə bağlı çoxdan danışıqlar aparılırdı. 2007-ci ildən Türkiyədən Yunanıstana Azərbaycan qazı nəql olunur. Bu reeksportdur. ?Botaş? şirkəti Yunanıstana Azərbaycandan aldığı qazı satır. İndi ?Botaş?, ?Depo? və ARDNŞ arasında danışıqlar gedir və dünən memorandum imzalandı. Artıq Yunanıstanla müqavilə imzalandıqdan sonra Azərbaycan qazını bu ölkəyə ?Botaş? yox, SOCAR satacaq. Bu da Azərbaycanın ilk Avropa ölkəsinə gedən qazı olacaq" - deyə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vurğulayıb. ARDNŞ prezidenti əlavə edib ki, Azərbaycan qazının digər Avropa ölkələrinə satılması ilə bağlı danışıqlar aparılır və bu layihə gələcəkdə inkişaf etdiriləcək. Xatırladaq ki, dünən "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti (DEPA) arasında Anlaşma memorandumu? imzalanıb. Memrandumu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və DEPA-nın sədri və baş icraçı katibi Harri Saxinis imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA