ALP ilə ViP Lalə Şövkətin iztirakı ilə müzavirə keçirəcək

img

05-04-2011 [04:30]


ALP İcraiyyə Komitəsi ilə VİP Mərkəzi Aparatının birgə iclası keçirilib. İclasda qeyd edilib ki, Azərbaycanın siyasi həyatında baş verən proseslərdə vahid mövqe sərgiləyən Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) münasibətlərində yeni mərhələ başlayır. VİP və ALP-in rəhbər orqanlarının birgə toplantısı tərəfindən ümumi fəaliyyət planının müzakirə və qəbul edilməsindən sonra bu partiyaların qarşıdakı dönəmdə birgə atacağı addımlar müəyyənləşdirilib. Razılaşdırılıb ki, bu mərhələdə ilk olaraq xanım Lalə Şövkətin iştirakı ilə 2011-ci il aprelin 10-da saat 12-də ADP-nin qərargahında iki partiyanın geniş birgə müşavirəsi təşkil olunsun. Nəzərdə tutulan tədbirdə VİP ilə ALP-nin ümumi fəaliyyətinin istiqamətləri, bu partiyaların ölkədaxili siyasi proseslərə münasibəti və yaxın perspektivi əhatə edən planları açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA