Bakıda yeni sinaqoq açıldı

img

05-04-2011 [02:35]


Bu gün Bakıda yeni sinaqoqun açılış mərasimi keçirilib. Yeni sinaqoqun açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxış edib. ?Bakıda yeni sinaqoqun açılışı çox böyük hadisədir?, deyən komitə sədri bildirdi ki, sinaqoqun inşası Azərbaycan dövləti tərəfindən maliyyələşdirilib: ?Azərbaycanın yürütdüyü siyasətin ən vacib məqamlarından biri də dini tolerantlıq olub. Bu, həmişə belə olacaq?. Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov yeni sinaqoqun açılışına görə Azərbaycan prezidentinə təşəkkür etdi. Azərbaycanda yeni sinaqoqun açılışından, bura gələnlərin sayının çoxluğundan şad olduğunu bildirdi: ?Mən istərdim ki, Azərbaycanda bütün millətlər bir ailə kimi yaşasınlar?. İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem isə yəhudilərin Pesax bayramına iki həftə qalmış yeni sinaqoqun açılmasını yüksək qiymətləndirdi. Bildirdi ki, sinaqoqun açılışı Azərbaycanda yaşayan yəhudi icmasına böyük dəstək olacaq. Sonda sinaqoqda dua oxundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA