Heydər Əliyev Fondu yeni reabilitasiya mərkəzi inza edib

img

05-04-2011 [02:19]


Aprelin 5-də Heydər Əliyev Fondu və Rusiyanın ?Uralsib? maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inşa edilən reabilitasiya mərkəzinin açılış mərasimi olub. Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib. Bakının Yeni Günəşli yaşayış massivində istifadəyə verilən reabilitasiya mərkəzi 3 mərtəbəli bina və yardımçı binadan ibarətdir. Mərkəzdə əqli və fiziki inkişafa, sağlamlığın bərpasına kömək edən proqramlar həyata keçiriləcək. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutlan yeni reabilitasiya mərkəzi hər gün 60 uşaq və yeniyetməni qəbul edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA