Azərbaycanda korrupsiyanın bazında dayananlar

img

05-04-2011 [12:56]


[u]Qüdrət İsaqov Fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki [/u] [b]Korrupsiya nədir? [/b] Korrupsiya-vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Tərifdən göründüyü kimi korrupsiya çox geniş anlayışdır və özündə büdcə vəsaitlərinin təyinatları üzrə xərclənməməsini, dağıdllmasını və mənimsənilməsini, rüşvətxorlüğu və s. birləşdirir. Bu gün bütün dövlət sturukturlarında ən yüksək həddə çatan korrupsiyaya qarşı mübarizənin effektivliyi 0,001 faizden də azdir. Hazırda nəhəng korrupsionerlərə toxunulmadan korrupsioner rehberlerin əl-ayağına dolaşan bəzi xırda rüşvətxorlar həbs olunur və ya tutduqları vəzifələrdən qovalanırlar. Bu da korrupsiyaya qarşı mübarizədən çox şouya bənzəyir. [b]Hesablama palatası iri məmur oliqarxlardan qorxur[/b] Korrupsiyaya qarşı mübarizə aparmadan öncə onun yaranma səbəbləri aydınlaşdırılmalıdır. Bu səbəblərdən biri büdcə vəsaitlərinə nəzarətin olmamasıdır. Büdcə vəsaitlərinə nəzarət Hesablama Palatası və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti vasitəsilə həyata keçirilməlidir. Bu gün Hesablama Palatası yalnız büdcədən maliyyələşən nazirlik və təşkilatların ona göndərdikləri maliyyə hesabatlarına rəy verməklə işini bitmiş hesab edir. Bu Palatanın işini və cəmiyyətdəki nüfuzunu Rusiyanın eyni adlı Palatasının uyğun göstəriciləri ilə müqayisə etmək olmaz. Azərbaycanda Hesablama Palatasının fəaliyyəti görsənmir. Daha doğrusu Palataya işləməyə imkan vermirlər. Ona görə ki, büdcəni talayan, Hacıbala Abutalıbov, Ziya Məmmədov, Aydın Bəşirov və Kərəm Həsənov kimilərinə Palatanın fəaliyyət göstərməsi sərf etmir. Respublikamızda bütün büdcə təşkilatlarında büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət funksiyasi olan Hesablama Palatası böyük şirkətlərin və ya nazirliklərin fəaliyyətini yoxlamağa cəsarət etmir. Bu isə Respublikanın bütün nazirlik və təşkilatlarında görülən işlərin smeta dəyərinin, alınan mal və avadanlıqların qiymətlərinin həddən arfıq şişirdiılməsinə büdcəyə nəzarətin qeyri-qənaətbəxş olmasına, büdcə vəsaitlərinin mənimsənilməsinə və israfçılığına münbit şərait yaradır. [b]Prezident Administrasiyasının Dövlət Nəzarəti şöbəsinin adı var özü yoxdur[/b] Yuxarıda deyilənlər nəzarət funksiyalarını həyata keçirən bütün orqanlara aiddir. Məsələn, ali nəzarət orqanı olan Prezident Administrasiyası Dövlət nəzarəti şöbəsi Prezidentin Sərəncam və əmrlərinin icrasına dövlət nəzarətini həyata keçirməlidir. Bu gün dövlət nəzarətini həyata keçirməli olan bu şöbə demək olar ki, fəaliyyət göstərmir. Bu şöbə fəaliyyət göstərsəydi qanunlar, o cümlədən ?Korrupsiyaya qarşı mübarizə haqqında? Azərbaycan Respublikası Qanunu da işləyərdi. Bunun nəticəsində də korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük işlər görülərdi. Təəssüflər olsun ki, Prezident sərəncamları ilə qüvvəyə minməli olan bir sıra qaunlar icra nəzarəti olmadığına görə kağız üzərində qalıb. [b]Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsi [/b] Bütün yerli icra hakimiyyətləri arasında Nəzarət şöbəsi yalnız Bakı şəhər İcra Hakimiyyəti sturukturunda mövcuddur və on ilə yaxındır ki, fəaliyyət göstərməsinə imkan verilmir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov onun sərəncamlarının icrasına nəzarət etməli olan Nəzarət şöbəsinə nə bir sənəd, nə də hər hansı sərəncamın verilməsinə qəti embarqo qoyub. Qeyd etmək lazımdır ki, MDB məkanında bütün iri şəhərlərin icra sturukturlarında Nəzarət şöbələri fəaliyyət göstərirlər. Bu olkələrdə şəhərlərin icra hakimiyyətlərində və ya meriyalarındakı ən mühüm şöbə Nəzarət şöbəsi və ya Nəzarət idarəsidir. Bu şöbələr və ya idarələr həmin ölkələrin Prezident Administrasiyasının Dövlət Nəzarəti şöbəsi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərirlər. Azərbaycanda isə büdcə və icra intizamına nəzarət olmadığı üçün, inzibati orqanlar qarşısında da korrupsionerlərin cinayət məsuliyyətinə cəlb olunmaları barədə məsələ qaldıran yoxdur. Buna görə də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yarandığı gündən bu günə kimi cinayət məsuliyyətinə cəlb etdiyi korrupsionerləri barmaqla saymaq olar. [b]Antikorrupsiya təklifləri[/b] Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirəm: Büdcəyə və icra intizamına nəzarət edən Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə, Prezident Administrasiyası dövlət nəzarəti şöbəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsinə qanunla nəzərdə tutulan bütün səlahiyyətlər verilməli, onların fəaliyyət göstərməsinə tam şərait yaradılmalıdır. Bu qurumlar büdcə və icra intizamlarının vəziyyəti barədə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya mütəmadi olaraq məlumat verməlidirlər. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, nəhəng korrupsionerləri cinayət məsuliyyətinə cəlb etməli, onlara korrupsiya ilə bağlı cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanı ödətdirməli, bu şəxslərin suni şəkildə qiymətləri qaldirmalarına imkan verməməli, görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmalıdır. Korrupsiyaya qarşı Mübarizə İdarəsi Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsi və Prezident Administrasiyasının Dövlət Nəzarəti şöbəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. [b]Ən böyük korrupsioner Hacıbala Abutalıbovdur [/b] Mən Azərbaycan Respublikası Prezidentliyinə namizəd olarkən proqramımın əsas müddəalarından biri korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizə olduğundan bu sahədəki yaramaz hallar barədə çoxlu məktublar almışam. Bu şikayətlərin 80%-i Hacıbala Abutalıbovun qanunsuz əməlləri haqqındadır. Bakı şıhər İcra Hakimiyyətinin 31 yanvar tarixli iclasinda iştirak edən məsul işçiləri mənə dedilər ki, Hacıbala Abutalıbov geniş iclas keçirərək hamının qarşısında deyib ki, qəflətən mənə xəbərdarlıq etdilər ki, bir qrup hüquq mühafizə orqanı işçiləri gəlib bir neçə yüksək rütbəli məmurlarımızın qollarını buraraq aparırlar. Mən heç əynimi də geyinmədən onların qabağına qaçdım və dedim ki, sizi Allaha and verirəm onları aparmayın, məni aparın. Onalar da sağ olsun mənim sözümü yerə salmadılar və hamını azad etdilər. Təbii sual ortaya çıxır ki, niyə Hacıbala Abutalıbov korrupsionerlərin həbs olunmasına imkan verməyib və hətta bu korrupsionerlərin yolunda özünü də qurban vermək qərarına gəlb. Çünki Hacıbala Abutalıbov yaxşı bilir ki, həbs olunan məmurlar istintaq prosesində və məhkəmədə onun üzünə duracaqlar və məhz Hacıbalanın ən böyük korrupsioner olduğu məhkəmədə faktlarla sübuta yetiriləcək. Yəni Abutalıbov bu korrupsioner məmurları xilas etməklə özünü xilas edib! Gətirdiyim misaldan aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti işçılərinin əvəzinə özünün həbs olunması üçün yalvaran Hacıbala Abutalıbov niyə Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsinə işləməyə imkan vermir. Çünki Hacıbala Abutalıbova nəzarət lazım deyil. Hacıbala Abutalıbova nəzarətsizlik mühiti və rahat korrupsiya şəraiti lazımdır! [b]Hacıbala Abutalıbov Rufan oyunu ilə onu vəzidədə saxlayanları şantaj edir [/b] Qış Bulvarı kimi tanınan ərazidə minlərlə insanların evlərinin başlarına uçurulması Hacıbala Abutalıbovun qanunsuz əməllərindən biridir. Azərbaycan qanunları, beynəlxalq qanunlar və bu qanunların bütün maddələri Hacıbala Abutalıbovun bu əməllərinə görə ən sərt cəzalar nəzərdə tutur. Hətta o da məlum deyil ki, Hacıbala Abutalıbov bu Qış Bulvarı deyilən ərazidəki insanları hansı qeyri qanuni- sərəncam əsasında köçürüb. Çünki Bakı şəhər İcra Hakimiyətinin Nəzarət şöbəsi nə onun bu sərəncamını, nə də digər sərəncamlarını heç vaxt görməyib. Hacıbala Abutalıbovun nəhəng korrupsiya əməllərindən biri də dövlət və özəl şirkətlərin pullarını fiziki şəxs olan Rufan Kazımov adlı bir şəxsin hesabına köçürməsidir. Bir məsələ də qeyd olunmalıdır ki, bu Rufan Kazımıv məsələsinin mətbuata çıxarılmasında Hacıbala Abutalıbov özü maraqlı olub. Tez-tez mətbuata çıxardığı bu oyunu ilə Hacıbala Abutalıbov həm də onu himayə edən və hakimiyyətin yüksək pilləsindəki şəxslərlə bağlı olan akademiki şantaj edərək vəzifəsinin ömrünü uzatmaqla məşğuldur. Əmin olmaq istətərdim ki, bu akademik gec-tez ayılacaq və Hacıbala Abutalıbovun maraqları əvəzinə dölətin maraqlarını müdafiə edəcək. Bir məsələ də məni təəccübləndirir. Uzun müddət Suraxanı rayon icra hakimiyyətinin başçısı, Baş Nazirin müavini, 10 ildən çox Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzivəsində işləyən Hacıbala Abutalıbov nə zaman danışıq qabiliyyətini və nitq mədəniyyətini öyrənəcək? Bu adam danişanda niyə dartınır, niyə gücənir? Bunları tərgitmək üçün Hacıbala Abutalıbova neçə onilliklər lazımdır? Təbii bir sual da meydana çıxır ki, niyə bu Hacıbala Abutalıbovun yerinə adam kimi danışa bilən, normal nitq mədəniyyəti olan bir insan təyin olunmur? Ən böyük antikorrupsiya tədbirlərindən biri Hacıbala kimilərini işdən kənarlaşdırıb onların pullarını Azərbaycan elminin inkişafına, Qarabagın işgaldan azad edilməsinə sərf etməkdir. Bu pul Azərbaycan elmini bircə ildə tamamilə yenidən qurmaga və dirçəltməyə, Qarabagı işğaldan azad etməyə qadirdir. Hacıbala Abutalıbovu AMEA Fizika İnstitunda işləyən zamanlardan yaxşı tanıyıram. Mənimçün Azərbaycan Dövlətinin maraqları Hacibalaların maraqlarından yüksəkdə dayandığından gələn yazılarımda Hacıbalanın digər əməlləri haqqında da məlumat verəcəyəm. Ardı var [b][/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA