Mədəniyyət və turizm naziri izçi axtarır

img

04-04-2011 [02:01]


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib. Barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 4 aprel 2011-ci il tarixdən 18 aprel 2011-ci il tarixdə saat 18:00-dək Mədəniyyət və Turizm Nazirliyində aparılır. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin?də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə çıxarılan vakant vəzifələr: Mədəniyyət və Turizm Nazirliyi Struktur bölmənin adı: İncəsənət şöbəsi, Təsviri və dekorativ sənət sektoru İnzibati vəzifə: sektor müdiri Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, ?Hökumət Evi? İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat Vəzifə maaşı: 495 manat Mədəni irs şöbəsi, Bərpa-layihələndirmə və ekspertiza sektoru İnzibati vəzifə: sektor müdiri Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, ?Hökumət Evi? İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat Vəzifə maaşı: 495 manat Struktur bölmənin adı: Turizm şöbəsi, Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektoru İnzibati vəzifə: sektor müdiri Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 65 İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat Vəzifə maaşı: 495 manat Struktur bölmənin adı: İnvestisiya və texniki proqramlar şöbəsi, Təmir-tikinti və bərpa layihələrinin idarə olunması sektoru İnzibati vəzifə: baş məsləhətçi Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, ?Hökumət Evi? İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat Vəzifə maaşı: 430 manat Struktur bölmənin adı: Turizm şöbəsi, Daxili turizmin inkişafı sektoru İnzibati vəzifə: böyük məsləhətçi Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 65 İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat Vəzifə maaşı: 420 manat Struktur bölmənin adı: Kinematoqrafiya şöbəsi, Filmlərin təbliği və qeydə alınması sektoru İnzibati vəzifə: aparıcı məsləhətçi (qeydiyyat üzrə) Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, ?Hökumət Evi? İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat Vəzifə maaşı: 410 manat

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA