Bakı və Abzeron yarımadasında hava yağmurlu olacaq

img

04-04-2011 [12:59]


Aprelin 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, aprelin 4-dən 5-ə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq. Aprelin 6-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-15 dərəcə isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Azərbaycanın rayonlarında aprelin 5-də, əsasən, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Gecə 4-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq. Aprelin 6-da fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA