"Bir müddətdən sonra gənclərin kütləvi zəkildə elmə axını bazlayacaq"

img

03-04-2011 [06:11]


[b]Arif Haşımov: "...Gənc alimlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı dövlət proqramının tətbiqi də müsbət nəticələrini verəcək" [/b] Azərbaycanda doktoranturaya qəbul imtahanının keçirilməsi ilə bağlı elan avqust ayında veriləcək. Nazirlər Kabineti (NK) ilə aidiyyəti qurumlar arasında əldə olunan razılığa əsasən belə qərar qəbul edilib. Qeyd edək ki, Nazirlər Kabineti doktoranturaya qəbul planını təsdiqləyib və bundan sonrakı mərhələni AMEA həyata keçirəcək. Hazırlıqlar tam başa çatandan sonra doktoranturaya qəbul imtahanının sentyabrın 25-dən sonra keçirilməsi nəzərdə tutulur. Azərbaycanın elm sahəsindəki vəziyyət, elmin inkişafı üçün qəbul olunmuş dövlət proqramlarının icrası və nəticələri ilə bağlı müsahibə verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Haşımovla söhbətə doktoranturaya qəbulla bağlı sualla başladıq. - Bildiyiniz kimi, "Təhsil haqqında" Qanun qəbul olunduqdan sonra ona müvafiq olaraq doktoranturaların yaradılması və qəbul qaydaları təsdiqləndi. Bu iş bir neçə təşkilata tapşırılıb. Onlardan biri də Milli Elmlər Akademiyasıdır. Qəbul qaydaları hazırlanaraq Nazirlər Kabinetinə təqdim olundu və həmin qurum tərəfindən təsdiqləndi. Bu qaydalara uyğun olaraq, müəyyənləşdirildi ki, nazirliklərin, şirkətlərin, AMEA-nın tərkibində olan elmi müəssisə və təşkilatlara fəlsəfə və elmlər doktorluğuna qəbul hüququnu vermək olar. Təbii ki, bunun üçün müvafiq şərtlər var. Burada müəssisənin maddi-texniki bazası, kadr potensialı, dövlət proqramlarında iştirakı, indiyə qədər hazırladığı kadrların sayı, kitabxanası, arxivləri və s. şərtlər nəzərə alınır. Bunlar araşdırıldıqdan sonra ?azirlər Kabinetinə təklif olundu ki, hansı müəssisələrə fəlsəfə doktoru, elmlər doktoru hazırlamaq imkanı verilsin. ?azirlər Kabineti tərəfindən bu sənəd də təsdiq olundu. Həmin sənədin təsdiqindən sonra artıq bütün elm müəssisələri bildi ki, onların bu sahə ilə bağlı hansı hüquqları var. ?övbəti mərhələdə isə həmin elm müəssisələri hansı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlamaq imkanında olmaları ilə bağlı planlarını verməli idilər. Bu planlar da hazırlanaraq təqdim olundu. AMEA bütün planlara baxıb və öz təkliflərini verib. ?azirlər Kabineti də AMEA-nın hazırladığı təklifləri qəbul edərək təsdiqlədi. Artıq müəyyənləşib ki, hansı müəssisələr hansı ixtisas üzrə kadr hazırlayacaq. AMEA-ya bundan sonrakı mərhələdə görüləcək işlərin həlli üçün lazımi addımların atılması tapşırıldı. Akademiya nazirliklərin, şirkətlərin elmi müəssisə və təşkilatlarına məktublar göndərdi ki, prosedurun gedişatı ilə bağlı məlumatlansınlar. Belə təklif etdik ki, əgər onlar razıdırlarsa, hazırlıq işləri başa çatandan sonra, təxminən avqust ayında elan verilsin və elan həmin ayın sonuna qədər qüvvədə olsun. Elandan bir ay keçəndən sonra qəbul başlasın. Bu da sentyabrın üçüncü ongünlüyünə, hardasa 25-nə gedib çıxır. Bu müraciət bütün müəssisə və təşkilatlara göndərilib, hazırda onların cavablarını gözləyirik. - Nazirlər Kabineti doktoranturaya qəbul qaydalarını təsdiqləyərkən, qəbulun elan ediləcəyi bildirilmişdi, amma bu, ilin sonuna kimi gecikdi. Bu barədə nə deyə bilərsiniz? - Çünki doktoranturaya qəbulu həyata keçirmək üçün hazırlıq işləri görülməli idi. Yeni qaydalara uyğun olaraq, mövzular Akademiyanın müvafiq şöbələrinə verilməli, şöbələr problem şuralarında onlara baxıb qeydiyyatdan keçirməli idi. Bundan sonra doktoranturaya qəbul olunanlara həmin mövzular verilməli idi. Onlar elmi rəhbərləri də indidən seçməlidirlər və s. Qəbulun sentyabr ayına keçirilməsinin səbəblərindən biri də bu il universiteti bitirən magistrlərin də qəbulda iştirak etmək hüququnun təmin olunmasıdır. Eyni zamanda ordu sıralarından tərxis olunmuş magistrlər də bu qəbulda iştirak edə biləcəklər. - Arif müəllim, doktoranturaya yeni qayda ilə qəbul əvvəlki prosesdən hansı müsbət cəhətləri ilə fərqlənəcək? - Təbii ki, əvvəlki qəbuldan fərqli cəhətləri var. Amma demək olmaz ki, əvvəlki dövrün müsbət nəticələri burada nəzərə alınmayıb. Son illər də ildə bir dəfə qəbul oldu və qəbuldan sonra bayaq qeyd etdiyim prosedurlar həyata keçirilirdi. Ancaq bu il qəbul keçirilmədiyi üçün həmin o prseduru qəbula qədər aparmağı nəzərdə tutduq. Hesab edirəm ki, bu, yeni qəbul olunanların iş şəraitinin daha da yaxşı olmasına imkan verəcək. Bildiyiniz kimi, əvvəllər də dissertanturaya, yəni indiki doktoranturaya kənardan daxil ola bilirdilər. İndi də bu qayda qüvvədə qalır. Ancaq bir şərtlə ki elmi-pedaqoji fəaliyyətlə məşğul olsunlar. Burada proses ikipilləlidir - fəlsəfə doktoru və elmlər doktoru. Sözsüz ki, əvvəlki fərqli cəhətlər inkişafa və müasirliyə xidmət edir. - Doktoranturaya qəbul keçirə biləcək elm müəssisələrinin adları açıqlanandan sonra mətbuatda yazıldı ki, qəbul planlarının azaldılması və s. bu kimi məsələlərlə bağlı narazılıqlar var... - Elə bir şey yoxdur. Çünki verilən planlar reallığı əks etdirməklə təsdiqlənir. Heç bir müəssisəyə də deyilməyib ki, nəyə görə bu qədər yer istəyirsiniz? Əgər imkanları varsa, daha çox kadr hazırlaya biləcəklərsə, bunu alqışlamaq lazımdır. Bilirsiniz ki, gənclərin elmə gəlişini biz həmişə alqışlamışıq. Müxtəlif üsullarla, təbliğat vasitələri ilə çalışırıq ki, gənclər elmə həvəslə gəlsinlər. Ona görə də elə bir şey yoxdur ki, kimsə çıxıb desin, hansısa elmi müəssisəsinin planı süni şəkildə azaldılıb. Əgər kimin imkanı varsa, tələblərə cavab verirsə, biz həmişə onlara imkan və dəstək verəcəyik ki, daha çox kadr hazırlasınlar. - Siz, Azərbaycanda ən əsas elm mərkəzinin rəhbərlərindənsiniz. Bu səbəbdən də hazırda Azərbaycan elminin hansı vəziyyətdə olduğunu daha yaxşı bilirsiniz. Azərbaycan elminə ümumi qiymət verə bilərsinizmi? - Hazırda respublikamız necə dinamik inkişaf səviyyəsindədirsə, Azərbaycan elmi də ona uyğun inkişaf etməkdədir. Əlbəttə, elmin inkişafı elə olmalıdır ki, cəmiyyətin, iqtisadiyyatın inkişafından müəyyən qədər öndə getsin. Ancaq bizim elmimiz müəyyən dərəcədə qabaqda getməsə də, fundamental tədqiqatlar nəticəsində öz funksiyasını yerinə yetirə bilir. Onu da qeyd etmək lazımdır ki, elmin inkişafı üçün zəmin də var. Çünki bilirsiniz, respublika prezidenti tərəfindən Azərbaycanda elmin inkişafı strategiyası təsdiq olunub. Bu strategiyada elmin inkişafını təmin edən bütün amillər öz əksini tapıb və bu strategiyanın düzgün yerinə yetirilməsi elmin inkişafına müsbət təsir göstərir və təkan verir. Elmi müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması, yeniləşdilirməsi üçün cənab prezident tərəfindən xeyli sərəncamlar və dövlət proqramları imzalanıb. Artıq onların çox hissəsi yerinə yetirilir, bəziləri artıq başa çatıb. Təbii ki, problemlər də var. Elmi işçilərin ən yaralı yerlərindən biri olan əmək haqlarının azlığıdır. Etiraf etməliyik ki, başqa büdcə təşkilatlarının əməkhaqqı artırılıb, bununla yanaşı, Akademiyada, elmi müəssisələrdə çalışanların da əməkhaqqı artırılıb. Bundan başqa, Elmin İnkişafı Fondu yaradılıb. Bu fonda müəyyən layihələr həyata keçirib. Fondun keçirdiyi qrant müsabiqələrində qalib gələnlər layihələrini həyata keçirmək üçün maliyyələşdirilirlər. Bu da elm adamlarının əlavə əməkhaqqı almalarına şərait yaradır. - Elmin və təhsilin inkişafı üçün müvafiq dövlət proqramları qəbul olunub, müəyyən vəsait də ayrılır. Amma Sizin fikirlərinizə müxalif fikirlər də səslənir ki, Azərbaycanda elmə ayrılan vəsait dünya təcrübəsinə baxanda çox azdır. Bu fikirlərlə razısınızmı? - Bunlar yeni fikirlər deyil. Bilirsiniz ki, dünya praktikasında həm ümumdaxili məhsulun, həm ümumi büdcənin neçə faizinin elmə ayrılması rəqəmləri var. O rəqəmlərə görə də fikirlər var ki, neçə faiz ayrılanda elm dinamik inkişaf edir, neçə faiz ayrılanda özünü saxlaya bilir, yaxud müəyyən "axsama"lar olur. Bu rəqəmlər Azərbaycanda da var. Azərbaycanda elmin inkişafı strategiyasına diqqətlə baxsanız, cənab prezidentin sərəncamında da o rəqəmlərin əksini tapdığını görərsiniz. Mən demirəm ki, elmə çox böyük vəsait ayrılır, amma onu deyə bilərəm ki, elmə ayrılan vəsait ildən-ilə artır. Məsələ ondadır ki, Azərbaycanın büdcəsi və ümumdaxili məhsulun həcmi artdıqca, elmə ayrılan vəsait də artır, amma ümumi faiz dərəcəsi dəyişmir. Digər tərəfdən, cənab prezident büdcədən başqa ehtiyat fondundan da müxtəlif işlərin yerinə yetirilməsi üçün xeyli vəsait ayırıb. Bu günlərdə Milli Tarix Muzeyinə, Şamaxı Rəsədxanasının yenidən qurulmasına kifayət qədər vəsait ayrılıb. Bütün bunları üst-üstə gələndə elmə dövlət səviyyəsində nə qədər diqqət ayrıldığını görərik. Ancaq təbii ki, elmə nə qədər çox vəsait ayrılsa, cəmiyyət bir o qədər inkişaf edər. - Azərbaycanda elmin inkişafı strategiyasında da, akademik Ramiz Mehdiyevin məqaləsində də elmdə qocalma tendensiyasının olduğu qeyd edilib. Sizin bu barədə düşüncəniz necədir? - Bəli, hörmətli Ramiz müəllimin qeyd etdiyi kimi, bu proses gedir. Özü də bu proses tək AMEA-da deyil, ümumiyyətlə, dünyanın bir çox qabaqcıl elmi təşkilatlarına baxanda, elmdə ümumi orta yaş həddinin artığını müşahidə etmək olar. Amma biz, gəncləri elmə dəvət etmək üçün müxtəlif üsullardan istifadə edirik. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyəti daha da gücləndirmək lazımdır, çünki bunun ayrı yolu yoxdur. Razıyam, bu gün gemək olmaz ki, gənclər əvvəlki dönəmlərdə olduğu kimi elmə həvəslə gəlirlər. Elmdə də yaş həddinin aşağı salınmasının, qocalma tendensiyasının qarşısının alınmasının yolu gənc nəslin elmə gəlməsindən keçir. Bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Bildiyiniz kimi, gənclərimizin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub və bu məqsədlə kifayət qədər vəsait ayrılıb. Eyni zamanda doktorantura pilləsində təhsil almaq üçün prezident tərəfindən də xüsusi vəsait ayrılıb. Bundan başqa, AMEA gəncləri xaricə göndərmək üçün əlavə tədbirlərin həyata keçirilməsinə çalışır. Əgər elmdə gəncləşmə getmirsə, o elmin gələcəyi olmayacaq. Bu səbəbdən də bizim üzərimizə düşən vəzifə aydındır və çalışırıq ki, gəncləri elmə cəlb edək. Bu sahədə Akademiyada xeyli işlər görülüb və görülməkdədir. - Gənclərin elm sahəsinə həvəslə gəlməməsi maliyyə problemi ilə əlaqələndirilir. Sizcə, burada təkcə maliyyə problemidir, yoxsa başqa səbəblər də var? - Gənclərin elmə gəlməməsinin əsas səbəblərindən biri maliyyə problemidir. Elm sahəsində çalışanların əməkhaqqı, yaşayış şəraiti bir o qədər də yüksək deyil. Sovet dövründə də elm sahəsində çalışanların əmək haqları, təqaüdləri elə də çox deyildi, amma elmə gəlirdilər. Gənc bilməlidir ki, bu sahəyə gələndə gələcəkdə onu nə gözləyir. İndi gənclər istəyirlər ki, məqsədlərinə daha tez nail olsunlar, istədiklərini daha tez alsınlar. Çünki indiki inkişafla, əvvəlki inkişafın tepmi bir deyil. Biz də çalışırıq ki, onlar elmi tədqiqat işlərinə başlayanda, onu daha tez başa çatdırsınlar. Bizim çox istedadlı gənclərimiz var. Onların hamısı elmə gələndə aldıqları nəticələrdən həvəslənib daha çox iş görə biləcəklər. İnanıram ki, bir müddətdən sonra gənclərin kütləvi şəkildə elmə axını başlayacaq. - Gənc alimlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı dövlət proqramı hazırlanır. Necə düşünürsünüz, bu proqramın icrasından sonra qeyd olunan problemləri həll etmək mümkün olacaqmı? - Əlbəttə, bu problemlərin hamısı həll olunacaq. Ölkəmizin bu problemlərin həlli üçün bütün imkanları var. Bilirsiniz ki, təkcə doktoranturaya qəbul, elm sahəsində çalışan gənclərlə bağı deyil, ümumilikdə gəncliklə bağlı xeyli proqramlar qəbul olunub. İdman, incəsətən, mədəniyyət və s. sahələrdə çalışan gənclərimizə diqqət göstərilir. Yaradıcı gənclərimizin çoxuna Prezident təqaüdləri verilir. Düşünürəm ki, gənc alimlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı dövlət proqramının tətbiqi də müsbət nəticələrini verəcək. Bütün bu problemlərin daha dolğun həlli isə Milli Məclisdə "Elm haqqında" Qanunun qəbulundan sonra mümkün olacaq. Çünki bu gün qaldırılan bir sıra məsələlər həmin qanunun qəbulundan sonra həllini tapacaq. Bu mənada hesab edirəm ki, hazırda görülən və bundan sonra görüləcək işlər Azərbaycan elminin inkişafına səbəb olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA