ALP və ViP-dən ictimai Palataya dəstək

img

02-04-2011 [06:23]


Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Prtiyasının (ALP) 02 aprel aksiyasının zorakılıqla dağıdılmasına qarşı birgə etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: ?Azərbaycan hakimiyyəti 02 aprel 2011-ci il tarixində ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqlarını boğulması istiqamətində daha bir addım atmışdır. İqtidar vətəndaşıarın Konstitusiyada təsbit olunmuş sərbəst toplaşmaq azadlığından istifadə hüququnu növbəti dəfə kobudcasına pozaraq, İctimai Palatanın keçirməyə cəhd göstərdiyi kütləvi aksiyanın baş tutmasının qarşısını zorakılıqla almışdır. 02 aprel aksiyasının dağıdılması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları iştirakçılara qarşı amansız zorakılıq güc tətbiq etmiş və nəticədə xeyli insan müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlarla vətəndaş həbs edilmişdir. Aksiyanı dağıdan polis əməkdaşlarının zorakılığı jurnalistlərdən də yan ötməmiş və çoxsaylı media təmsilçisinin peşə vəzifəsini yerinə yetirməsinə imkan verilməmişdir?. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) İctimai Palatanın 02 aprel aksiyasının polis zorakılığı ilə dağıdılmasını, aksiya iştirakçılarına və jurnalistlərə qarşı güc tətbiq edilməsini qətiyyətlə pisləyir. VİP və ALP hakimiyyətdən aksiyanın dağıdılması zamanı həbs olunmuş vətəndaşların dərhal azadlığa buraxılmasını və sərbəst fəaliyyətin məhdudlaşdırılmasına yönəlik siyasətin dəyişdirilməsini tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA