Aydınlar Partiyasının 2 aprel mitinqi ilə bağlı bəyanat verdi

img

02-04-2011 [04:57]


Aydınlar Partiyası İctimai Palatanın aprelin 2-ə təyin etdiyi mitinqin xüsusi amansızlıqla dagıdılmasını qətiyyətlə pisləyir və bunu hakimiyyətin insan haqlarının təməl prinsiplərindən olan sərbəst toplaşmaq hüququnun növbəti dəfə boğulması kimi dəyərləndirir. Aydınlar Partiyası mitinq öncəsi və mitinq günü coxsaylı siyasi fəalların həbsini siyasi repressiya kimi qiymətləndirir və hakimiyyətdən bele repressiv siyasətə son qoymasını tələb edir. İnsanların evindən heç bir əsas olmadan polis idarəsinə aparılması və ?polisə müqavimət? bəhanəsiylə inzibati cəzalara məruz qalması hakimiyyətin avtoritar mahiyyətinin göstəricisidir. Mitinq günü aksiya iştirakçılarını dağıtmaq üçün əliavtomatlı əsgərlərə və gözyaşardıcı qazdan istifadəyə qədər ən son vasitələrə əl atması göstərir ki, dünyada gedən qlobal demokratikləşmə tendensiyaları fonunda hakimiyyət hələ də islah olunmaq niyyətində deyil. 2 aprel mitinqini işıqlandıran KİV əməkdaşları da polis zorakılığına məruz qalıb. Bu, Azərbaycan qanunvericiliyində təsbit olunmuş informasiya ələ etmək və yaymaq hüququnun məhdudlaşdırılması, söz azadlığının boğulması kimi qiymətləndirilməlidir. Aydınlar Partiyası hakimiyyətdən həbs edilən siyasi fəalların dərhal azadlığa buraxılmasını və vətəndaşların sərbəst toplaşmaq hüququnu təmin etməyi, repressiv siyasətə son qoyulmasını və mitinqdə səslənən tələbləri yerinə yetirməyi tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA