Aksiya bazladı; polis zorakılıq edir

img

02-04-2011 [02:14]


İctimai Palatanın Bakının ?Fəvvarələr? meydanında razılaşdırılmamış etiraz aksiyası başladı. Hadisə yerində olan müxbirimizin verdiyi məlumatına görə, əvvəldən meydana daxil olmuş bir qrup müxalifətçi saat 14.00-da "İstefa", "Azadlıq" şüarları səsləndirməyə başlayıblar. Meydan polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Səsini çıxaranı isə zorakılıqla tutub maşınlara basırlar. Aksiyaya qatılanların bir neçəsi saxlanılıb. Saxlanılanlar arasında Pənah Hüseyn, Mahal İsmayıloğlu, Şahvələd Çobanoğlu və Köçəri Nağıyev də var. Bu gün İctimai Palatanın aksiyasında iştirak edən ADP-çi gənclər polis və mülki geyimli şəxlər tərəfindən vəhşicəsinə döyülüb. ADP Gənclər Komitəsinin üzvləri Osman Əhmədov, Ramal Əsgərov və Emin Fərhadi polis əməkdaşları tərəfindən həbs olunaraq naməlum istiqamətə aparılıb. Onların hazırda harada saxlanılması barədə məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA