çağırız Komissiyasının tərkibi müəyyənləzdi

img

01-04-2011 [06:31]


Nazirlər Kabineti Azərbaycan vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qərarla bir yerdə 2011-ci il aprelin 1-dən 30-dək vətəndaşların həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi də təsdiqlənib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırılıb. Respublika Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası vətəndaşların Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə həqiqi hərbi xidmətə çağırışının ?Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında? qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etməlidirlər. Nazirlər Kabineti həmçinin Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirliklərinə və yerli icra hakimiyyəti orqanlarına vətəndaşların 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməyi tapşırıb. Baş nazir Artur Rasizadənin imzaladığı qərarla respublika hərbi komissarının müavini, polkovnik Ramiz Məmmədov Respublika Çağırış Komissiyasının sədri, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev isə sədr müavini təyin olunub. Daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov və millət vəkili Siyavuş Novruzov komissiya üzvü kimi təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA