Generallar isa Qəmbərlə Əli Kərimliyə xəbərdarlıq ediblər

img

01-04-2011 [05:17]


XCP sədri Əli Kərimli az öncə Bakı Şəhər Baş Polis İdarəsinə gedərək bu hüquq-mühafizə orqanının rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşüb. Bu barədə AXCP-dən məlumat veriblər. Görüş zamanı general Rafiq Abbasov 2 aprel mitinqinin qeyri-qanuni olduğunu bildirib. AXCP sədri isə qeyd edib ki, mitinq qanunsuz deyil və Konstitusiya ilə nəzərdə tutulan hüquqlar çərçivəsində keçirilir. Ə.Kərimli bildirib ki, aksiyada üçüncü qüvvələrin təxribat salmağına polis imkan verməməlidir. AXCP sədri həmçinin mitinq ərəfəsində saxlanılan və həbs edilən müxalifət tərəfdarlarının saxlanma səbəblərini soruşub. General Rafiq Abbasov bildirib ki, onların saxlanması 2 aprel aksiyası ilə bağlı deyil. Bakı Şəhər Baş Polis İdarəsinin qarşısına ATƏT-in, Avropa Şurasının Bakı ofisinin və Böyük Britaniya səfiriliyinin nümayəndələri də gəlib. Bundan savayı, binanın qarşısnda xeyli sayda jurnalist olub. Ə.Kərimli deyib ki, İctimai palata öz mövqeyindən geri çəkilmək niyyətində deyil və sabah Fəvvarələr Meydanında mitinq keçirəcək. Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olub. İsa Qəmbər görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə BŞBPİ-nin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidov iştirak edib. Müsavat başqanı deyib ki, adı çəkilən şəxslər İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqin şəhərində mərkəzində keçirilməməsini tövsiyə ediblər: ?Onlar bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın şəhərin mərkəzində keçirilməsinə razılıq verməyib. Mən isə dedim ki, sabaha qədər bizim tələbimiz yerinə yetirilməsə, aksiyanı məqsədəuyğun saydığımız yerdə keçirəcəyik?. Qeyd edək ki, BŞBPİ-nin binası qarşında ATƏT-in Bakı Ofisinin, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin və Böyük Britaniya səfirliyinin əməkdaşları da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA