ilham Əliyev: "Suya olan borcları siləcəyik"

img

01-04-2011 [04:38]


"İçməli su ilə bağlı keçmişdən yığılmış borclar var. Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır". Bunu Azərbaycan prezidenti İlham Əliyev Zabrat qəsəbəsində əhali ilə görüşündə bildirib. "Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək", deyə prezident əlavə edib. Dövlət başçısı qeyd edib ki, suya olan borclar da qaza olan borclar kimi silinəcək: "Ancaq o şərtlə ki, bundan sonra suyun pulu ödənilsin. Azərbaycanda su və qaz tarifləri bu bölgədə, demək olar ki, ən aşağı səviyyədədir. Qaz tarifləri qonşu ölkələrlə müqayisədə ən azı 3 dəfə aşağıdır. Biz bunu ona görə edirik ki, əhalinin üzərinə daha da az yük düşsün". Qeyd edək ki, prezident İham Əliyev ötən gün şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Sabunçu və Suraxanı rayonlarında olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA