2 aprel mitinqi ilə bağlı müxalifətçiləri həbsi davam etdirilir

img

01-04-2011 [01:11]


Klassik Xalq Cəbhəsi Partiyasının Şirvan şəhər şöbəsinin sədri Əli Bəşirli və fəalı Şükür İzzətoğlu həbs olunub. KXCP-nin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, onlar Şirvan şəhər polis idarəsinə aparıblar. Polis rəsinin müavini İsmayıl Qasımov onları 2 aprel mitinqinə getməmələri ilə bağlı xəbərdarlıq edib. Hazırda müxalifətçilər polis idarəsində saxlanılırlar. Martın 31-də gənc fəal Rövşən Nəsirliyə Yasamal rayon Məhkəməsi 9 sutka həbs cəzası verib. Bu barədə aprelin 1-də AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu bildirib. Amma onun hansı motivlə həbs edilməsi hələ ki, açıqlanmayıb. Dünən polis R. Nəsirlini və qardaşını evdən zorla çıxarıb aparıb. Yasamal rayon Polis İdarəsi bu barədə məlumatsız olduqlarını bildirib. Aprelin 1-də həmçinin, R. Nəsirlinin 11 Mart ?Böyük Xalq Günü? aksiyasında tutulması ilə əlaqədar apelyasiya şikayətinə baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA