Səhiyyə Nazirliyi imtahanın nəticələrini açıqladı

img

01-04-2011 [01:01]


Səhiyyə Nazirliyi nefrologiya və laboratoriya işi ixtisasları üzrə martın 30-da keçirilən test imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən test imtahanlarında 45 həkim iştirak edib və onlardan 42 nəfəri müvəffəqiyyət qazanıb. Həkimlərdən 2 nəfəri 100, 3 nəfəri isə 99 bal toplayaraq ən yüksək nəticə göstərib. Qeyd edək ki, nazirlik imtahanlardan uğurla keçən həkimlərə sertifikatlar təqdim edir. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Maraqlananlar Səhiyyə Nazirliyinin saytına daxil olub öyrənə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA