Müdafiə Nazirliyindən zikayəti olanlara ?qaynar xətt? yaradılıb

img

01-04-2011 [12:49]


Müdafiə Naziri general polkovnik Səfər Əbiyev hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ciddi tədbirlər həyata keçirir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazirlik ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması bu prosesdə başlıca məsələ kimi diqqət mərkəzində durur. Bu məqsədlə nazirliyin təşkilat səfərbərlik idarəsində ?qaynar xətt? yaradılıb. Nazirliydən verilən məlumata görə, çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları ?qaynar xəttin? bu telefon nömrələrinə 438-61-10, 439 90 28, 439 23 55 zəng edə bilərlər. Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən ?etimad xətt?inin telefon nömrələrinə 438-61-31, 438 61 74, 439 23 76 zəng edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA