?Azərsu? ASC iki nəhəng mehmanxanadan borcunu tələb edir

img

31-03-2011 [06:13]


?Azərsu? ASC-nin sədri vəzifəsinə yeni təyin olunan Qorxmaz Hüseynov Azərbaycanın ən prestijli mehmanxanaları sayılan ?Azərbaycan Mehmanxanası? ASC ilə ?İSR Kapitol İnvestment? MMC-ni məhkəməüə verib. Hər iki mehmanxana uzun illərdir istifadə etdikləri suyun pulunu ödəməyiblər və buna görə də iri məbləğdə borc yaranıb. Bu barədə Müstəqil İnformasiya Agentliiynə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən məlumat daxil olan məlumatda bildirilir ki, hakim Qurban Abbasovun sədrliyi ilə araşdırılan iddia tələbləri üzrə martın 28-də hazırlıq iclsı keçirilib: ?Çox güman ki, hakim qarşıdakı həftədə iddia ərizəsində göstərilən tələblərlə bağlı qərarını elan edəcək? Borcun məbləğinə gəldikdə isə, proses bitmədiyindən bu haqda informasiya verilməyib. Məsələyə qarşı tərəflərdən gün ərzində münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA