2 aprel mitinqi ilə bağlı həbslər bazlayıb

img

31-03-2011 [02:02]


Martın 31-də gənc fəal Təbriz Qasımovu səhər təhsil aldığı universitetə gedərkən metronun ?İçərişəhər? stansiyasının qarşısında polislər saxlayıb. Bu barədə AzadlıqRadiosuna gəncin atası İlqar Qasımov məlumat verib. O deyir ki, hazırda oğlu Səbail rayon 9-cu polis bölməsindədir: ?Mən bölmədə idim. İki nəfər arxası ilə düşüb onu izləyirmişlər. Metrodakı polis işçilərinə göstəriş veriblər ki, onu saxlasınlar. Hazırda Səbail rayon 9-cu polis bölməsindədir?. İlqar Qasımov deyir ki, oğlunun saxlanmasının nə ilə bağlı olduğu onlara bəlli deyil. O, ehtimal edir ki, bu, müxalifət partiyalarının aprelin 2-ə təyin etdiyi mitinqlə bağlı ola bilər. Gənc fəal Təbriz Qasımov Azərbaycan Kooperasiya Universitetinin 2-ci kursunda oxuyur. Polis hələ ki, gənc fəalın saxlanması ilə bağlı hər hansı bir açıqlama verməyib. Gənc fəal Rövşən Nəsirli isə AzadlıqRadiosuna zəng edib bildirib ki, səhər evdən çıxanda, Yasamal polisləri onu saxlamaq istəyiblər. O, rəsmi çağırış olmadan bölməyə getməyəcəyini bildirib. Rövşən Nəsirli deyir ki, hazırda polislər onların evinin qarşısında gözləyirlər. O, isə polislər getməyənə qədər evdən çıxmayacağını bildirir. Daha iki gənc fəalı polis saxlayıb. Hər ikisi Müsavat Gənclər Təşkilatının üzvləridir. Elçin Səlimovu Sumqayıt, Xalid Amanlını isə Nəsimi polisi saxlayıb. Gənclər saxlanmalarının müxalifətin 2 aprel mitinqi ilə bağlı olduğunu deyirlər. Müsavat Gənclər Təşkilatından AzadlıqRadiosuna bildiriblər ki, Rauf Məmmədovu da polislər aparmağa cəhd ediblər, amma o, qaçıb. Hazırda onun harada olduğu bilinmir. Bu səhər ilk polisə aparılan Təbriz Qasımov olub. Onu saat 9 radələrində Səbail polisi metronun ?İçərişəhər? stansiyası qarşısında saxlayıblar. Gənc fəal hazırda Səbail rayon Məhkəməsindədir. Ona qarşı polisə müqavimət ittihamı irəli sürülüb. Daha bir gənc fəal Rövşən Nəsirli də qardaşı ilə birlikdə Yasamal polisinə aparılıb. AXCP Gənclər Təşkilatından da saxlanılanlar var. Səbaİl rayon Məhkəməsi Təbriz Qasımov (Önər) barəsində 5 sutka həbs qərarı çıxarıb. O, polisə müqavimətdə ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA