"Elçibəy mərkəzi" yaradılır

img

31-03-2011 [12:52]


Yaxın günlərdə "Elçibəy mərkəzi"nin yaradılması gözlənilir. Mərkəzin yaradılması ilə bağlı təşəbbüs qrupunun rəhbəri Hürrü Əliyevin (eks-prezidentin qardaşıoğlu) verdiyi məlumata görə artıq müəyyən təşkilati işlər görülüb və aprel ayının ilk yarısında mərkəzin təsis olunması elan olunacaq. "Elçibəy mərkəzi"nin Azərbaycanda ideoloji bir ocaq olacağını və Türk Dünyası ilə əlaqələr, Güney Azərbaycanda yaşayan soydaşlarımızın haqq səsinin dünyaya çatdırılması, Azərbaycanın tarixi torpaqlarının birləşdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini, milli məfkurə, Elçibəy düşüncə sistemi ilə bağlı araşdırmalar aparacağını bildirən H.Əliyev mərkəzin İdarə Heyətinə tanınmış ziyalılar, keçmimş hərəkat üzvləri, siyasətçilər və millət vəkillərinin daxil oolacağını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA