Gənclər Təzkilatları Milli Şurasının 31 Mart soyqırımı ilə bağlı bəyanat verdi

img

31-03-2011 [12:42]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 31 Mart Azərbaycanlıların soyqirımı günü ilə bağlı bəyanat verib. MİA-ya daxil olan bəyanatda qeyd olunur ki, 1918-ci il martın 29-undan başlayaraq ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyə başladılar: "Martın 30-u və 31-i soyqırımın ən geniş miqyas aldığı günlərdir. Təkcə Bakıda həmin günlər 12 minə yaxın azərbaycanlı öldürülmüşdü. Əslində, bu heç də soyqırımın başladığı ilk tarix deyildi. Buna qədər ermənilər azərbaycanlılara qarşı 1905-06-cı illərdə kütləvi qətllər törətmişdilər. 1918-ci ilin martındakı qırğınlardan əvvəl isə həmin ilin yanvarnda ermənilər İrəvan və onun ətrafındakı 211 müsəlman kəndinə basqın edib, yüz min azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirmişdilər. Ermənilər Bakını xarabalığa döndərimşdilər. Paytaxtdakı strateji binalar partladılmışdı. "Kaspi" mətbəəsi yanldırılmış, Göy Məscid dağılmış, Müsəlman Xeyriyyə Cəmiyyəti və Azərbaycanın siyasi elitasının qərargahı və o zamanlar siyasi beyin mərkəzi sayılan "İsmailiyyə" binası da (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) yandırılmışdı. Biz Gənclər Təşkilatları Milli Şurası olaraq insanlığa qarşı törədilmiş bu soyqırımı siyasətini pisləyir və dünya ictimaiyyətindən bu hadisəyə hüquqi-siyasi qiymət verməsini tələb edirik. Gənclər Təşkilatları Milli Şurası bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu günə qədər gördüyü tədbirləri davam etdirməkdədir. Bir sıra beynəlxalq təşkilatların üzvü olan ARGTMŞ bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün tədbirlər planına start verib. Həmçinin Milli Şuraya üz olan təşkilatlar da bu istiqamətdə fəaliyyət qururlar. Belə ki, Milli Şuranın üzvü olan bir sıra təşkilatlar Şura vasitəsi ilə beynəlxalq təşkilatlara sözügedən soyqırımı haqqında geniş məlumat verməsi koordinasiya edilib. Həmçinin Şuraya üzv təşkilatlar özləri müstəqil şəkildə üzv olduqları təşkilatlara da bu barədə məlumat verəcəklər. ARGTMŞ Azərbaycan həqiqətlərinin dünyaya bəyanı istiqamətində atdığı addımlarda 1918-ci il martın 31-də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımını daim diqqət vəziyyətində saxlayır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA