?Qadınlara qarzı zorakalığa YOX deyək!? adlı rəsm və foto sərginin qalibləri elan olunub

img

30-03-2011 [05:52]


30 mart 2011-ci il 16:00-da Rəqəmsal İnkişaf İB-yi Global Fund for Women fondunun mailyyə dəstəyi ilə ?Qadınlara qarşı zorakalığa YOX deyək!? adlı layihəsi çərçivəsində təşkil olunan müsabiqənin qalibləri elan olunub. İctimai Birliyin ofisində təşkil olunan foto və rəsm sərgisində onlarla əl işi nümayiş etdirilib. Sərgini giriş sözü ilə açan Rəqəmsal İnkişaf İB-nin rəhbəri Könül xanım Ağayeva bildirib ki müsabiqəyə qatılan gənclər bir-birindən gözəl foto və rəsm əsərlər təqdim ediblər. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Türkiyənin SESAN Rəssamlar İttifaqının üzvü Çingiz Mehbaliyevin köməyi ilə müsabiqənin 1-ci, 2-ci və 3-cü yerlərinin qalibləri seçilərək onlara diplom və mükafatlar verilib. 1-ci yer- Günel Abdullayevanın yaglı boya ilə çəkdiyi "Başsız qadınlar" rəsmi cəmiyyətdə qadınların çıxılmaz vəziyyətə düşdüyünü anladır. Qara rəngli çərçivə, qadağandır əmrini və etirazı ehtiva edən qırmızı boyalarla çəkilmiş bu rəsm münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilib. 2-ci yer- əlində göyərçin tutmuş xanımın fotosu. ?Biz sülh istəyirik? Bu fotodakı qadın əlində ağ göyərçin tutmaqla qadınlara qarşı zorakılığa cavab olaraq sülh istəyini ifadə edib. 3-cü yer- Qızılgülü əzən, tapdalayan oğlan. ?Qadınları əzməyin!? Bu rəsmdə qadın təsviri yoxdur. Amma rəssamın özünəməxsusluğu odur ki, rəsmdə qadın təsviri olmadan da mövzunu çatdıra bilib. Bu rəsmdə qadın simvolu olaraq qızılgül təsvir olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA