Oqtay Əsədova və millət vəkillərinə müraciət

img

30-03-2011 [05:03]


Qarabağ Azadlıq Təşkilatı Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş bəzi şəxslərin məzarlarının hələ də Birinci Fəxri Xiyabanda saxlanılmasına etiraz edib. QAT-dan verilən xəbərə görə, qurum məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədova və millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və digərlərinə məktub göndərib. Məzarların şəkillərinin də əlavə olunduğu məktubda bildirilir: ?Qarabağ Azadlıq Təşkilatının Gənclər Şurası Birinci Fəxri Xiyabanda reyd keçirib və dəhşətli faktları aşkar edib. Məlum olub ki, 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş, erməni-rus qüvvələri ilə birlikdə azərbaycanlılara qarşı soyqırım cinayətlərində iştirak etmiş, əli günahsız insanların qanına batmış bəzi şəxslərin, o cümlədən, Həşim Əliyev, Qasım İsmayılov, Mirfəttah Musəvi, Əli Bayramov kimi adamların məzarları hələ də Fəxri Xiyabanda qalır. Onların baş daşlarında ?Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş?, ?Müsavat qatillərinin əli ilə öldürülmüş?, ?Əks inqilabçıların əli ilə vəhşicəsinə öldürülmüş? və sair təhqiramiz ifadələr yazılıb. Bu məzarların hələ də Fəxri Xiyabanda saxlanılması Azərbaycan xalqına, soyqırım qurbanlarının xatirəsinə təhqirdir. Bu rüsvayçılığa heç nə ilə bəraət qazandırmaq olmaz. Azərbaycan xalqının Soyqırım gününü bütün dünyada qeyd edtiyi bir vaxtda Sizə müraciət edir və bu məzarların götürülməsi üçün təcili tədbirlərin görülməsini tələb edirik. Əks halda, biz özümüz həmin məzarların yararsız hala salınması üçün tədbirlər görməyə məcbur olacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA