ALDP gəncləri 2 aprel mitinqinə hazırlazır

img

30-03-2011 [03:34]


Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının növbəti iclası keçirilib. MİA-nın məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi durum, 31 mart dünya azərbaycanlarının soyqırımı, müxalifətin aprelin 2-ə planlaşdırdığı kütləvi aksiyaları və cari məsələlər müzakirə olunub. İclasda İctimai Palatanın aprelin 2-sinə planlaşdırdığı aksiyada ALDP üzvlərinin iştirakı da müzakirə olunub. ALDP sədr müavini Vahid Nəzərov aksiyada liberal-demokratların iştirakıyla bağlı toplantı iştirakçılarına hesabat verib. Vahid Nəzərov partiya üzvlərinin və əsasən gənclərin aksiyaya daha fəal hazırlaşdığını qeyd edib. ?Artıq gənclərlə görüş keçirilib və aksiya ilə bağlı məlumatlandırma aparılıb?. ALDP rəhbərliyi 31 mart dünya azərbaycanlılarının soyqırımını anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edəcək, erməni vəhşiliyinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə yanaşı, məzarların üzərinə gül dəstələri qoyucaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA